Bütün xəbərlər
"Bild": Almaniya səfirliyi işçilərinin yaxınları İranı tərk etməyə başlayıb
Tarix: 13-04-2024 20:53 | Bölmə: Karusel

Almaniyanın Tehrandakı səfirliyinin əməkdaşlarının yaxınları İranı tərk etməyə başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bild” mənbələrinə istinadən məlumat yayıb.
Bundan əlavə, materialda deyildiyi kimi, Almaniya Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün tezliklə böhran qrupunun iclasını keçirəcək.
Bundan əvvəl departament İslam Respublikası ilə İsrail arasında münasibətlərin pisləşməsi fonunda Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər