Bütün xəbərlər
Yuqra deputatlarını daşıyan təyyarə Surquta məcburi eniş edib
Tarix: 12-04-2024 21:34 | Bölmə: Karusel

“UTair” aviaşirkətinə məxsus Xantı-Mansiyskdən Nijnevartovska uçan təyyarə ön şüşənin zədələnməsi səbəbindən Surquta məcburi eniş edib, Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəbləri hələ müəyyən edilməyən hadisə aprelin 11-i axşam saatlarında baş verib. Saat 19:11 radələrində "ATR 72-500" təyyarəsinin şüşəsi çatlayıb və təxminən 20:00 radələrində Surquta salamat enib.
Təyyarədə 65 sərnişin, o cümlədən Xantı-Mansi Muxtar Dairəsi Dumasının deputatları Vladislav Fomenko, Vyaçeslav Tankeyev və Vladimir Zinovyev, həmçinin Xantı-Mansiysk və Surqut metropoliti Pavel olub, onlardan heç biri xəsarət almayıb. Onlar başqa təyyarə ilə Nijnevartovska getdilər.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər