Bütün xəbərlər
Belqorod vilayətinin mənzil-kommunal təsərrüfat nazirinin müavini rüşvətə görə saxlanılıb
Tarix: 10-04-2024 21:13 | Bölmə: Karusel

Belqorod vilayətinin mənzil-kommunal təsərrüfat nazirinin müavini Veronika Novikova rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, bu barədə bir neçə hüquq-mühafizə orqanları məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təsdiqlənməmiş məlumatlara görə, şəhər mühitinin inkişafı və təşkilati-maliyyə fəaliyyətinə cavabdeh olan məmur bazar ertəsi, aprelin 8-də saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Məbləğ göstərilmir.
Mənbələrin məlumatına görə, Novikova ilə birlikdə daha bir nəfər saxlanılıb.
2023-cü il iyulun ortalarında Belqorod vilayətinin vitse-qubernatoru Konstantin Polejayevə qarşı xüsusilə külli miqdarda rüşvət almaqla bağlı iş açılıb. O, günahını etiraf edib.


Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər