Bütün xəbərlər
Ostin: "Kiyevin Rusiya neftayırma zavodlarını vurması qlobal enerjiyə təsir edə bilər"
Tarix: 09-04-2024 19:59 | Bölmə: Karusel

Ukraynanın pilotsuz təyyarələrinin Rusiya neft emalı zavodlarına hücumları qlobal enerji bazarına ziyan vurur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.
“Əlbəttə ki, bu hücumlar qlobal enerji vəziyyətinə domino təsiri göstərə bilər” deyib.
Ostinin fikrincə, yanacaq-energetika obyektləri əvəzinə Ukrayna Silahlı Qüvvələri taktiki və operativ hədəflərə məqsədyönlü zərbələr endirməlidir.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov Rusiya Federasiyasındakı neft emalı zavodlarına hücumların coğrafiyasını genişləndirməklə hədələyib. Onun sözlərinə görə, Kiyevdə Rusiya neftayırma zavodları hərbi hədəflər hesab olunur.
ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Geoffrey Piatt açıq şəkildə bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynanın pilotsuz təyyarələrinin Rusiyanın enerji obyektlərinə zərbələr endirməsini dəstəkləmir.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər