Bütün xəbərlər
UEFA rəhbəri Çeferin belaruslu futbolçuların müdafiəsinə qalxıb
Tarix: 09-04-2024 15:50 | Bölmə: Karusel

Avropa Futbol Assosiasiyaları İttifaqının prezidenti Aleksander Çeferin Belarus millisinin komandadan çıxarılmasını tələb edən siyasətçiləri populizmdə ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Nacional"-ın sitat gətirdiyi UEFA rəhbərinin qeyd etdiyinə görə, rəhbərlik etdiyi qurum heç bir siyasətçiyə qulaq asmayacaq, onları populist adlandıracaq. "Mən boykotların əleyhinəyəm, qadağaları sevmirəm" Çeferin deyib.
O xatırladıb ki, bəzi siyasətçilər UEFA-nı Rusiyaya dəstək verdiyi üçün Belarusu beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıblar. “İndi mən sual verirəm: biz hələ də Rusiyadan qaz alan bütün Avropa ölkələrini istisna etməliyikmi? – deyə, Avropa Futbol Assosiasiyaları İttifaqının prezidenti bildirib.
Xatırladaq ki, Belarusun futbol yığması Ukraynada baş verən hadisələrə görə beynəlxalq yarışlardan kənarlaşdırılmayıb.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər