Bütün xəbərlər
"Anqara-A5"-in Vostoçnıdan yenidən buraxılışı aprelin 10-da baş tutacaq
Tarix: 09-04-2024 14:24 | Bölmə: Karusel

Vostoçnı kosmodromundan "Anqara-A5"-in buraxılışının ləğv edilməsinin səbəbi məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mərkəzi blokun oksidləşdirici çəninin təzyiq sistemində nasazlıq yarandığından proses dayandırılıb.
Bu barədə jurnalistlərə Roskosmosun baş direktoru Yuri Borisov məlumat verib. Onun sözlərinə görə, bu vəziyyətdə qaydalar yanacağın drenajını nəzərdə tutur.
"Problem başlamazdan iki dəqiqə əvvəl məlum olub. Avtomatlaşdırma prosesi dayandırıb. Hazırda fövqəladə vəziyyətin səbəblərini araşdırırıq", - RİA Novosti onun sözlərindən sitat gətirib.
Raketin buraxılışı əvvəllər çərşənbə gününə təxirə salınmışdı. Komanda 24 saatlıq istirahətə hazırlaşıb.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər