Bütün xəbərlər
Gürcüstanda poliqonda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Tarix: 07-04-2024 18:53 | Bölmə: Karusel

Aprelin 7-də Tbilisinin Boçorma küçəsində partlayış baş verib, nəticədə 6 nəfər ölüb və yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, faciəvi insident bazar günü Gürcüstanın paytaxtında Battleground atıcılıq poliqonunda baş verib. İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər yerindəcə ölüb, 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Daha sonra ölənlərin sayı 3-ə çatıb - xəstəxanaya çatdırılanlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib. Zərərçəkmiş üç nəfərə yardım davam edir. Bəzi məlumatlara görə, ölənlərdən biri polis əməkdaşıdır.
Partlayışın səbəbləri Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilir, araşdırma aparılır.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər