Bütün xəbərlər
Ufada yandırılmış plastik kublar söndürülür
Tarix: 07-04-2024 12:39 | Bölmə: Karusel

Başqırdıstanın paytaxtında böyük yanğının söndürülməsinə 20-dən çox yanğınsöndürən cəlb edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Başqırdıstan Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi aprelin 7-də Ufada Sipailovo mikrorayonunda baş vermiş güclü yanğın barədə məlumat yayıb.
İlkin məlumata görə, Çudskaya küçəsində plastik qablar yanıb. Yanğın 200 kvadratmetr ərazini əhatə edib.
Yanğının söndürülməsinə 21 nəfər və 10 texnika cəlb olunub. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər