Bütün xəbərlər
Moskva prokurorluğu alim Aleksandr Tsvetkovdan üzr istəyib
Tarix: 06-04-2024 22:42 | Bölmə: Karusel

Moskva prokurorluğu bir ilə yaxın istintaq təcridxanasında yatmış hidroloq Aleksandr Tsvetkovdan rəsmən üzr istəyib, alim bundan sonra cinayətin sübutu olmadığı üçün sərbəst buraxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova bu qərarı şərh edərək bildirib ki, səhv etmək ayıb deyil, səhvləri etiraf etməmək və üzr istəməmək ayıbdır. Dəyən mənəvi ziyana görə dövlət adından üzrxahlıq alınıb.
Tsvetkov cinayətkarın eskizi ilə oxşarlığına görə 20 il əvvəl silsilə cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılıb. 2023-cü ilin dekabrında Moskvanın Zamoskvoretski Məhkəməsi ona bəraət verdi, lakin alim mənəvi təzminat tələb edəcəyi barədə xəbərdarlıq edib.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər