Bütün xəbərlər
Mixail Veller və Anastasiya Tatulova xarici agentlərin reyestrinə daxil edilib
Tarix: 05-04-2024 22:51 | Bölmə: Karusel

Rusiya Ədliyyə Nazirliyi yazıçı Mixail Velleri, Anderson şəbəkəsinin yaradıcısı Anastasiya Tatulovanı və Rusiya Sosialist Hərəkatını xarici agentlərin reyestrinə daxil edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sənəd aprelin 5-də Ədliyyə Nazirliyinin saytında dərc olunub. Bundan əvvəl Sankt-Peterburq deputatı Boris Vişnevski və vəkil Vadim Proxorovun xarici agentlər siyahısına daxil edildiyi bildirilirdi.
RİA Novosti xatırladır ki, Rusiya Federasiyasının Baş Prokurorluğu Alla Puqaçovanın xarici agent kimi tanınması üçün Ədliyyə Nazirliyinə müvafiq sorğu göndərib.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər