Bütün xəbərlər
Mövqelərimiz atəşə tutuldu
Tarix: 05-04-2024 22:42 | Bölmə: Karusel

                      movqelerimiz-atese-tutuldu



Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər