22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rostov aerodromunda PUA-nın partlaması nəticəsində 8 nəfər xəsarət alıb
Tarix: 05-04-2024 14:48 | Bölmə: Karusel

Rostov vilayətinin qubernatoru Ukrayna pilotsuz təyyarəsinin Morozovski rayonundakı aerodroma hücumunun nəticələri barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qubernatorun sözlərinə görə, cümə günü saat 12:00 radələrində Morozovski rayonunda, aerodromdan bir qədər aralıda, partlayıcı qurğunun düşmüş PUA-lardan birində işə düşməsi nəticəsində partlayış baş verib.
İlkin məlumatlara görə, Ukrayna pilotsuz təyyarələrinin bölgəyə kütləvi hücumundan sonra istintaq hərəkətləri aparılarkən 8 nəfər yaralanıb. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi cümə günü gecə Rostov vilayətində hədəflərə hücum edən 44 Ukrayna pilotsuz təyyarəsinin məhv edilməsi barədə məlumat vermişdi.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onlara yardım göstərilir. Pilotsuz təyyarənin düşdüyü yerlə bağlı araşdırmalar davam edir. Morozovska əlavə həkim briqadaları göndərilib.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər