22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Zaporojye Atom Elektrik Stansiyasının ehtiyat elektrik təchizatı xətti sıradan çıxıb
Tarix: 04-04-2024 12:10 | Bölmə: Karusel

Zaporojye Atom Elektrik Stansiyasında iki yüksək gərginlikli elektrik təchizatı xəttindən biri söndürülüb, stansiyanın mətbuat xidməti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə saat 10:06-da baş verib, 330 kilovoltluq “Ferosplavnaya-1” xəttinin bağlanmasının səbəbləri hələlik açıqlanmayıb. Stansiyada və ətraf ərazilərdə radiasiya fonu heç bir şəkildə dəyişməyib.
Avropanın ən böyük atom elektrik stansiyası iki xəttlə işləyir: 750 kilovoltluq əsas "Dneprovskaya" və ehtiyat "Ferrosplavnaya-1". Hazırda stansiyanın bütün altı enerji bloku dayanıb, o, yalnız daxili ehtiyacları ödəmək üçün enerji istehsal edir.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər