22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Moskvada qanunsuz miqrasiya kanalı bağlanıb
Tarix: 03-04-2024 22:42 | Bölmə: Karusel

Moskvada qeyri-qanuni miqrasiya kanalı bağlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyaya giriş barədə qərar qəbul edən vəzifəli şəxslərlə əlaqəsi olan şübhəlilər azı dörd nəfərdən ibarət mütəşəkkil qrup yaradıblar. Bu hərəkətlər 2022-2023-cü illər arasında baş verib.
Cinayətkarlar pul müqabilində qeyri-qanuni mühacirlərə Rusiyada qalmaq imkanı verən miqrasiya kartlarına, bildiriş blanklarına və digər sənədlərə qanunsuz möhür vurublar.
Bundan əvvəl Daxili İşlər Nazirliyi əcnəbilərin ölkədə müvəqqəti qalma müddətinin il ərzində 90 günə endirilməsini təklif etmişdi.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər