22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Reuters": Lekornu Şoyqu ilə söhbət edib
Tarix: 03-04-2024 20:45 | Bölmə: Karusel

Fransanın müdafiə departamentinin rəhbəri Sebastien Lekornu ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın hərbi idarəsi məlumat yayıb.
Lekornu martın 22-də Moskva vilayətində baş verən terror aktını qətiyyətlə pisləyib. Fransa müdafiə departamentinin rəhbəri həlak olanların ailələri ilə həmrəy olduğunu bildirib.
Sebastien Lekornu vurğulayıb ki, Parisdə "Crocus City Hall"da baş verən terror aktının Ukrayna ilə əlaqəsi barədə hər hansı məlumat yoxdur.
Fransa Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə söhbətində ölkənin terrorizmlə mübarizədə əməkdaşlığa hazır olduğunu açıqlayıb. Fransa dövlət xadimi bu təhlükəyə qarşı mübarizənin effektivliyini artırmaq üçün ikitərəfli mübadilənin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi hələlik Şoyqunun Lekornu ilə söhbəti barədə məlumat verməyib.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər