Bütün xəbərlər
"Barselona" Xavini klubda qalmağa razı salmağa ümid edir
Tarix: 02-04-2024 15:46 | Bölmə: Karusel

"Barselona" rəhbərliyi Xavi ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl 44 yaşlı mütəxəssis mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.
Jurnalist Fabrizio Romanonun sözlərinə görə, kataloniyalılar hələ ispaniyalıya əvəzləyici tapmayıb. "Barselona" Xavini fikrini dəyişməyə inandırmağa çalışır.
Xatırladaq ki, məşqçi 2021-ci ilin noyabrında mavi qranatlara rəhbərlik edib.
Bu mövsüm "Barselona" 67 xalla La Liqa turnir cədvəlində ikinci yerdədir. Xavinin komandası turnirin lideri "Real Madrid"dən 8 xal geri qalır.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər