Bütün xəbərlər
FSB Ukraynadan ikonalarda olan partlayıcı maddələrin idxal kanalını bağlayıb
Tarix: 02-04-2024 12:04 | Bölmə: Karusel

Pskov vilayətindəki nəzarət-buraxılış məntəqəsində avtomobildə axtarış zamanı pravoslav ikonalarında və kilsə qablarından 27 ədəd əldəqayırma bomba aşkar edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynadan Aİ ölkələri vasitəsilə Rusiyaya partlayıcı maddələrin tədarükü üçün qaçaqmalçılıq kanalı FSB və Federal Gömrük Xidməti tərəfindən dayandırılıb.
FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin verdiyi məlumata görə, Latviya-Rusiya dövlət sərhədində yerləşən “Ubylinka” beynəlxalq avtomobil buraxılış məntəqəsində Ukraynadan Rusiya Federasiyasına gətirilən pravoslav ikonaları və kilsə qablarının yükündə xaricdə istehsal olunan partlayıcı maddələr aşkar edilib.
Onlar ikona və kilsə qabları adı altında qaçaqmalçılıq yolu ilə 70 kiloqram partlayıcı maddə, RPQ-7 atışının hissələri və 91 elektrik detonatorunu Rusiyaya keçirməyə cəhd ediblər. FSB-nin müəyyən etdiyi kimi, yük Ukrayna – Rumıniya – Macarıstan – Slovakiya – Polşa – Litva – Latviya – Rusiya marşrutu üzrə hərəkət edib.
Təhlükəsizlik qüvvələri cinayəti törədən şəxsi saxlayıb.
Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq partlayıcı maddələrin və partlayıcı qurğuların Rusiya Federasiyasının sərhədindən qanunsuz keçirilməsinə görə cinayət işi açılıb.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər