Bütün xəbərlər
Peskov: "Rusiyada hakimiyyətdə gender bərabərsizliyi yoxdur"
Tarix: 01-04-2024 16:52 | Bölmə: Karusel

Rusiyanın dövlət orqanlarında gender bərabərsizliyi yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı Hakimlərin Ali İxtisas Kollegiyasının İrina Podnosovanın Rusiya Federasiyası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin edilməsi ilə bağlı tövsiyəsini şərh edərkən bildirib.
Kremlin sözçüsü vurğuladı ki, qadınlar istədikləri yerdə, hakimiyyətin bu və ya digər qolunda özlərini ifadə edirlər və bunu çox vaxt “əla, uğurla, parlaq şəkildə” edirlər.
Bundan əvvəl Hakimlərin Ali İxtisas Kollegiyası yekdilliklə Rusiya Federasiyası Ali Məhkəməsi sədrinin müavini İrina Podnosovanın sədr vəzifəsinə namizədliyini tövsiyə edib.
Podnosova, Vyaçeslav Lebedevin ölümündən sonra boş qalan vəzifə üçün sənədləri təqdim edən yeganə ərizəçidir.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər