22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Terrorçu Mirzoev hadisədən 2 gün sonra Tacikistana qayıtmaq istəyib
Tarix: 31-03-2024 22:27 | Bölmə: Karusel

"Crocus City Hall"da atışmanı həyata keçirən terrorçulardan biri Dalerjon Mirzoyev terror aktından iki gün sonra Tacikistana qayıtmağı planlaşdırırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin atası Barot Mirzoyevin RİA Novosti-yə bildirdiyinə görə, oğlu onlara zəng edərək martın 24-ü və ya 25-də Rusiyadan Tacikistana uçacağını deyib.
Atasının dediyinə görə, kiçik Mirzoyev tez-tez valideynlərinə və həyat yoldaşına zəng vurub, evə də pul göndərib.
Bundan əvvəl İstintaq Komitəsi Moskva yaxınlığındakı “Krokus”da törədilən terror aktının təhqiqatında yeni mühüm faktlar açıqlayıb.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər