22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Almaniya “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər istehsal edəcək
Tarix: 31-03-2024 15:18 | Bölmə: Karusel

Almaniyanın silah şirkəti MBDA və Amerikanın Raytheon şirkəti Almaniyada "Patriot" hava hücumundan müdafiə sistemi üçün raket istehsalına dair razılığa gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müqavilə 10 il müddətinə bağlanır və zavod 1 minə qədər raket istehsal edə biləcək. Tərəfdaşlar montaj zavodunun Şrobenhauzendə yerləşdirilməsi barədə razılığa gəliblər. Mühərriklər Aschauda istehsal olunacaq.
MBDA rəhbəri Tomas Qottşild "Augsburger Allgemeine"-ə deyib: "Biz üç il ərzində ilk "Patriot" raketlərini təhvil verəcəyik".
RİA Novosti yazır ki, Kiyev bundan əvvəl döyüş sursatları ilə birlikdə Berlindən iki "Patriot" sistemi alıb.
Moskva qeyd edir ki, Qərbin Ukraynaya silah tədarükü mümkün Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər