22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vinisius Junior: "İrqçilər həbsə getməlidir"
Tarix: 31-03-2024 14:45 | Bölmə: Karusel

"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior növbəti dəfə İspaniya stadionlarında irqçiliyə qarşı çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl futbolçuların təhqir olunması ilə bağlı yeni hallar olub.
Qonaqların 1:0 hesablı qələbə qazandığı “Xetafe” – “Sevilya” matçında meydan sahiblərinin azarkeşləri qonaqların müdafiəçisi Markos Akunaya “meymun” qışqırıb, həmçinin Əndəlüs klubunun baş məşqçisi Kike Sançes Floresə “qaraçılar” şüarları səsləndiriblər.
Həmin gün “Rayo Majadahonda” klubunun qapıçısı Çeyk Sarr Sestao River ilə oyunda (2:1) irqi təhqirə məruz qalıb. Nəticədə futbolçu “River” azarkeşləri ilə mübahisə edib və buna görə meydandan qovulub.
İspaniyada özünü irqçiliklə mübarizə aparan aparıcı kampaniyaçıya çevirən Vinisius sosial mediada deyib: "Acuña və Sevilla komandalarının baş məşqçisi Quique Flores, eləcə də Rayo Majadahonda-nın Zarr-nı tam dəstəkləyirəm. Qoy onların cəsarətləri başqalarına ilham versin".
"Real Madrid"in futbolçusu irqçilərin tapılmasını tələb edib: "Oyunlar tribunada ikən davam edə bilməz. İrqçilər birbaşa həbsxanaya gedəndə qalib gələcəyik".



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər