22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Sankt-Peterburqda yaşayan 400-dən çox miqrant Rusiyadan çıxarılacaq
Tarix: 30-03-2024 21:08 | Bölmə: Karusel

Sankt-Peterburqda yaşayan və işləyən 400-dən çox miqrant Rusiyadan çıxarılacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəb onların miqrasiya qanunlarını pozmasıdır.
Şimal paytaxtı məhkəmələrinin birgə mətbuat xidmətinin rəhbəri Daria Lebedevanın sözlərinə görə, bu həftənin əvvəlindən Sankt-Peterburqun rayon məhkəmələrinə miqrasiya qanunvericiliyinə əməl olunmaması ilə bağlı 584 material daxil olub. Onlardan 515-nə baxılıb.
Məhkəmələr qanunu pozan 418 nəfəri cərimələyib və ölkədən məcburi deportasiya ediblər. TASS yazır ki, daha 48 nəfər cəriməni ödəməli və hökmün qüvvəyə mindiyi andan beş gün ərzində hüquq-mühafizə orqanlarının nəzarəti altında özbaşına Rusiya Federasiyasını tərk etməlidir.
Bu arada Tacikistanın əmək və məşğulluq nazirinin müavini Şahnoza Nodiri bildirib ki, "Crocus City Hall"da baş verən faciəli hadisələrdən sonra Rusiyadan əmək miqrantlarının axını başlayıb. "Krokus"da baş verən terror aktından sonra Tacikistandan olan insanlar təqiblərə məruz qalmağa başlayıb, onlara hədə və təhqirlərlə zəngin zənglər və mesajlar gəlib.
RİA Novosti-nin məlumatına görə, indi Moskvanın Vnukovo hava limanından Düşənbəyə uçan təyyarələr dolu yola düşür, lakin Moskvaya gedənlərin sayı xeyli azdır. Tacikistanın özündə işçi miqrantların ekstremist icmalara cəlb olunmasının qarşısını almaq üçün onlarla təbliğat işlərini gücləndiriblər.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər