22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Amorim "Liverpul"da Kloppun varisi ola bilər
Tarix: 30-03-2024 16:33 | Bölmə: Karusel

"Sportinq Lissabon"un baş məşqçisi Ruben Amorim, Jurgen Kloppun gedişindən sonra yayda boş qalacaq "Liverpul"un baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl xəbər verdiyimiz kimi, 2015-ci ildən mersisaydlılara rəhbərlik edən alman mütəxəssis Yurgen Klopp bu mövsümün sonunda klubu tərk etmək niyyətindədir. Əvəz olunmaq üçün namizədlər siyahısında demək olar ki, onlarla məşqçi var, lakin favorit Spartinqdən Amorimdir.
İnsayderlər bildiriblər ki, Liverpul 39 yaşlı portuqaliyalının Lissabon komandası ilə müqaviləsi çərçivəsində təzminat məbləği barədə məlumat alıb.Tanınmış jurnalist Fabrizio Romano və The Athletic portuqaliyalını əsas namizəd hesab edirlər.
Bununla belə, mətbuatda İngiltərə Premyer Liqasının liderlərindən biri ilə Kloppu əvəzləyəcək potensial namizədlər arasında təmaslar barədə kifayət qədər məlumat var idi.
Amorimdən başqa italiyalı Roberto De Zerbi (“Brayton”a başçılıq edir), almaniyalı Julian Nagelsmann (Almaniya millisi) və portuqaliyalı Paulo Fonsekanın (“Lill”) adları çəkilib.
İtaliya pasportlu braziliyalı Tiaqo Motta (Bolonya), alman Tomas Tuxel (Bavariya), danimarkalı Tomas Frank (Brentford) və hətta italiyalı Simone İnzaqi (İnter) də nəzərdən keçirilir.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər