22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Portu"nun futbolçusu Kosta dünyanın ən bahalı qapıçısı seçilib
Tarix: 30-03-2024 15:45 | Bölmə: Karusel

Dünyanın ən bahalı futbol qapıçıları reytinqində gözlənilmədən “Portu”nun qapıçısı Dioqo Kosta başçılıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Transfermarkt" portalı ilk 10 nömrənin siyahısının öz versiyasını təqdim edib.
Kostanın transfer dəyəri 45 milyon avro qiymətləndirilir və bu, İtaliya millisinin heyətində Avropa çempionu, Fransanın PSJ-nin əsas qapıçısı Canluici Donnarummanın qiymətindən 5 “limon” bahadır.
Üçüncü yerdə "Borussiya Dortmund"un isveçrəli qapıçısı Qreqor Kobel qərarlaşıb ki, onun da transfer dəyəri 40 milyon avrodur.
Mütəxəssislər eyni məbləği kamerunlu Andre Onana (Mançester Yunayted, 4-cü yer), fransalı Mayk Maignan (Milan, 5-ci) və braziliyalı Ederson Moraesə (Mançester Siti, 6-cı yer) veriblər.
Avropanın və dünyanın ən bahalı 10 qapıçısına həmçinin "Valensiya"nın gürcü qapıçısı Giorgi Mamardaşvili (qiymət - 35 milyon avro, 7-ci yer), "Arsenal"dan ispan David Raya (35 milyon avro, 9-cu) və "Liverpul"dan braziliyalı Alison da daxildir. (35 milyon avro, 10-cu).



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər