Bütün xəbərlər
"De Telegraaf": Rusiya BƏƏ-dən Promesin ekstradisiyasını tələb edib
Tarix: 29-03-2024 21:40 | Bölmə: Karusel

Rusiya Federasiyası Moskvanın “Spartak” klubunun futbolçusu Quincy Promes-in Birləşmiş Ərəb Əmirliklərindən ekstradisiyası üçün müraciət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçunun vergidən yayınması olub.
Bu barədə Hollandiyanın “De Telegraaf” nəşri məlumat yayıb. "Promes Hollandiyada cəzanın müvəqqəti təxirə salınması üçün Dubaydan Rusiyaya ekstradisiya olunacağına ümid edir. Rusiya, Hollandiya kimi, vergi saxtakarlığına görə oyunçunun ekstradisiyasını tələb edib", - mənbə yazır.
Xatırladaq ki, hollandiyalı futbolçu fevralın 29-dan BƏƏ polisinin həbsindədir. Daha sonra o, “Spartak”ın mövsümöncəsi təlim-məşq toplanışı keçirdiyi Dubay hava limanında saxlanılıb.
Evdə onu narkotik qaçaqmalçılığı ilə məşğul olmaq, eləcə də əmisi oğluna bədən xəsarəti yetirmək ittihamı ilə 7,5 il həbs cəzası gözləyir.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər