Bütün xəbərlər
Tacikistanda terror aktları təşkil etməyi planlaşdıran 15 nəfər saxlanılıb
Tarix: 29-03-2024 19:57 | Bölmə: Karusel

Tacikistan təhlükəsizlik orqanları Novruz bayramı zamanı Düşənbə və Vəhdət şəhərində terror aktları törətməyi planlaşdıran 15 nəfəri həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Təhlükəsizlik güclərindəki mənbələrin məlumatına görə, həbs olunanların əksəriyyəti Vəhdət sakinləridir. Tacikistanın paytaxtından 19 kilometr aralıda, Hisar vadisində yerləşir. “İnterfaks” yazır ki, bütün şübhəlilər Düşənbəyə gətirilib.
Bundan əvvəl Moskvada “Krokus Siti Holla” hücumu törədən terrorçularla əlaqədə və İŞİD təşkilatı (Rusiya Federasiyasında qadağan olunmuş) ilə əməkdaşlıqda şübhəli bilinən 9 Vəhdət sakininin saxlanması barədə məlumat yayılıb.
Həbs edilən son 15 nəfərə gəlincə, istintaq onların "Crocus City Hall"da baş verən terror aktı ilə əlaqəsinin olub-olmadığını müəyyən edəcək. Ola bilsin ki, Tacikistanda həbs olunanların hamısı bir zəncirin parçası olub, birgə hərəkət ediblər, lakin onların hər birinin təkbaşına Rusiya və Tacikistanda terror aktı törətmək istəməsi də mümkündür.
Son məlumatlara görə, martın 22-də "Crocus City Hall"da törədilən terror aktı nəticəsində 144 nəfər həlak olub. Martın 29-da Moskvanın Basmannı məhkəməsi terror aktı işi üzrə doqquzuncu müttəhimi həbs edib.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər