Bütün xəbərlər
"Rosatom"un top meneceri xüsusilə böyük rüşvətə görə həbsxanaya göndərildi
Tarix: 28-03-2024 21:59 | Bölmə: Karusel


Moskvada “Rosatom”un direktorlarından biri Gennadi Saxarov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Basmannı Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, Saxarova 2024-cü il mayın 26-dək həbs qətimkan tədbiri seçilib. Top-menecer xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.
Saxarov dövlət korporasiyasının əsaslı investisiyalar, dövlət tikinti nəzarəti və dövlət ekspertizası üzrə direktoru vəzifəsində çalışıb.
Bundan əvvəl bildirilib ki, məhkəmə Rusiya Federal Gömrük Xidmətinin rəis müavini Yelena Yaqodkinanı iki ay müddətinə həbs edib.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər