Bütün xəbərlər
SKZD-nin rəis müavini 600 milyon rubl oğurluq işi üzrə həbs edilib
Tarix: 27-03-2024 13:05 | Bölmə: Karusel

Şimali Qafqaz Dəmir Yolunun rəis müavini Konstantin Kryat Krım qovşağının yenidən qurulması zamanı 600 milyon rubl oğurlanması işi üzrə həbs edilib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Region məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatına görə, bu barədə Rostov-na-Donu Proletar məhkəməsi qərar verib.
İstintaq Kryatı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir və buna görə onu 10 ilədək həbs cəzası gözləyə bilər.
TASS-ın məlumatına görə, Kryatın saxlanılması Şimali Qafqaz Dəmiryolunun Krım qovşağının birinci mərhələsinin yenidən qurulması üçün dövlət proqramı çərçivəsində ayrılmış 600 milyon rublun oğurlanması ilə bağlı cinayət işi ilə əlaqədardır.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər