Bütün xəbərlər
Olimpiadada təhlükəsizlik üzrə BOK: biz Fransa hakimiyyətinə güvənirik
Tarix: 26-03-2024 21:54 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi bir sıra siyasətçilərin və ekspertlərin 2024-cü il Olimpiya Oyunları ərəfəsində Parisdə təhlükəsizlik sistemlərinin vəziyyəti ilə bağlı narahatlığını bölüşmür.
BOK-un press-relizində deyilir: "Yerli hakimiyyət orqanları həmişə bu cür yarışlarda təhlükəsizliyə cavabdehdirlər. Təşkilatçı ölkənin nümayəndələri əmin ediblər ki, onlar bir neçə ildir ki, ən sərt tədbirlərə riayət etmək üçün çalışırlar".
Parisdəki Oyunların təhlükəsizliyi ilə bağlı suallar Moskvanın "Crocus City Hall"da baş verən terror aktından sonra yenidən soruşulmağa başlayıb. Eyni zamanda ekspertlər deyirlər ki, Rusiya ilə paralellik axtarmaq lazım deyil, amma Fransanın özündə etiraz hərəkatı ilə bağlı həddən artıq çox problemlər var.
BOK Paris və Fransanın digər şəhərlərindəki daxili çətinliklərdən uzaqlaşmağa çalışıb. Lakin təşkilat Fransa hüquq-mühafizə orqanlarının işinə və “sıx beynəlxalq əməkdaşlığa” inamın olduğuna əmindir.
"Biz təşkilatçı ölkədən BOK-a daxil olan müntəzəm hesabatlara güvənirik", - deyə, departamentinin press-relizində deyilir.


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər