Bütün xəbərlər
Futbolçu Kokorin transfer bazarında ucuzlaşıb
Tarix: 26-03-2024 15:27 | Bölmə: Karusel

Aleksandr Kokorin dəyərini itirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  rusiyalı futbolçunun transfer qiyməti 100 min avro ucuzlaşıb.
Xatırladaq ki, Kokorin kiprli “Aris”də çıxış edir. Hazırda 33 yaşlı futbolçunun transfer dəyərini "Transfermarkt" portalı 900 min avro qiymətləndirir.
Bu mövsüm Kokorin bütün turnirlərdə 26 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə verib. Forvard icarə əsasında "Aris"də çıxış edir. Futbolçu İtaliyanın "Fiorentina" klubuna məxsusdur.


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər