Bütün xəbərlər
Fiqurlu konkisürən Malinin Monrealda keçirilən dünya çempionatında rekord göstərici ilə qalib gəlib
Tarix: 24-03-2024 14:57 | Bölmə: Karusel

İlya Malinin fiqurlu konkisürmə üzrə dünya çempionatının qalibi oldu. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müsabiqə Kanadanın Monreal şəhərində keçirilir.
İki proqramın cəminə görə, Malinin 333,76 bal toplayıb. Yaponiyalı Yuma Kagiyama gümüş (309,65) qazanıb. Üçüncü yerdə Fransa yığmasında çıxış edən Adam Xiao Him Fa (284,39) olub.
Kişilərin fərdi yarışında turnirin qalibi sərbəst proqramda topladığı xallara görə rekorda imza atıb. Hakimlərdən 227,79 xal alan Malinin amerikalı Natan Çenə (224,92) məxsus olan əvvəlki nailiyyəti üstələdi.
Xatırladaq ki, Rusiya fiqurlu konkisürənlər Ukraynada baş verən hadisələrə görə beynəlxalq yarışlardan kənarlaşdırılıb.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər