Bütün xəbərlər
Həkimlər "Crocus City Hall"da baş verən terror aktının 12 qurbanının həyatı üçün mübarizə aparırlar
Tarix: 24-03-2024 14:51 | Bölmə: Karusel

“Krokus Siti Hall”da törədilən terror aktının qurbanlarından 32 nəfəri xəstəxanalardan buraxılıb, 110 nəfər həkim nəzarətindədir, Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, 12 xəstənin vəziyyəti son dərəcə ağır qiymətləndirilir, daha 33 nəfərin vəziyyəti ağırdır. 47 nəfərin xəsarəti orta ağır, digər 18 nəfər isə buraxılmağa hazırlaşır - onlar yüngül xəsarətlər alıblar.
Son məlumatlara görə, Rusiyanın ən böyük konsert salonlarından birində törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, lakin xilasedicilər yanğın yerində dağıntıları təmizləməyə davam etdikcə bu siyahı yeni adlarla tamamlana bilər.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər