Bütün xəbərlər
“Neftçi” – “Spartak” oyunu ləğv edilib
Tarix: 23-03-2024 17:37 | Bölmə: Karusel

Şənbə günü Bakıda keçiriləcək "Neftçi" - "Spartak" yoldaşlıq oyunu baş tutmayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Spartak”lılar görüşü qeyd etməyi zəruri hesab ediblər.
Moskva "Spartak"ı "Crocus City Hall"da törədilən terror aktından sonra Bakıda cavab yoldaşlıq matçı keçirməkdən imtina etmək qərarına gəlib. Bu qərar Bakı “Neftçi”sində anlayışla qarşılanıb.
Spartak rəsmi Telegram kanalında müraciət yerləşdirib. "Əziz azarkeşlər. Moskva vilayətində baş verən faciədən sonra klubumuz “Neftçi” ilə yoldaşlıq görüşünü ləğv etmək qərarına gəlib. Bütün komandamızın düşüncəsi terror aktında həlak olanların ailələri və yaralananlarladır. Anlayışınız üçün "Neftçi Bakı"ya təşəkkür edirəm.Gələcəkdə mütləq bakılılarla oynayacağıq. Biz bütün Rusiya ilə birlikdə yas tuturuq”, - bəyanatda deyilir.
Rusiyada əksər idman yarışları ləğv edilib. Martın 24-ü Ümumxalq Hüzn Günü elan edilib.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər