Bütün xəbərlər
Bütün bölgələrdə əlavə antiterror tədbirləri tətbiq edilib
Tarix: 23-03-2024 17:28 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin ölkə ərazisində əlavə antiterror və təxribatla mübarizə tədbirlərinin tətbiq edildiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı vətəndaşlara müraciət edib. Onun sözlərinə görə, Rusiyanın bütün regionlarında terrorizmlə mübarizə üçün əlavə tədbirlər tətbiq edilib.
“İndi əsas məsələ bu qanlı qırğının arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”, - deyə, prezident bildirib.
Putin “Krokus” konsert zalında törədilən terror aktı zamanı həlak olanların yaxınlarına başsağlığı verib. O, baş verənlərə görə bütün məsul şəxslərin cavab verəcəyini vurğulayıb.


Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər