Bütün xəbərlər
Rusiyalı boksçular "Crocus City Hall"da qurbanlar üçün qan veriblər
Tarix: 23-03-2024 13:57 | Bölmə: Karusel

Rusiyalılar "Crocus City Hall"da terror aktı qurbanları üçün qan verirlər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, donorlar arasında Rusiyanın məşhur boksçuları da var.
Martın 23-də səhər saatlarında boksçular qan vermək üçün donor mərkəzlərinə gediblər. Donorlar arasında Qriqori Drozd, Sofya Oçiqava, Yelena Savelyeva var.
Rusiya Boks Federasiyası TASS-a idmançıların qurbanlar üçün qanvermədə iştirak etdiyini təsdiqləyib. "Bu səhər çempionlarımız dünənki faciənin qurbanları üçün donor mərkəzində qan verdilər. Sizi bu dəhşətli bədbəxtliyə qarşı mübarizədə birləşməyə çağırırıq!", - Federasiyanın mətbuat xidmətinin bəyanatında deyilir.
O.K. Qan Mərkəzində Qavrilovada Qriqori Drozd, Sofiya Oçiqava, Yelena Savelyeva və Rusiyanın əməkdar məşqçisi Nikolay Podyapolski iştirak ediblər. Ola bilər ki, onlara başqa idmançılar da qoşulsun.


Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər