Bütün xəbərlər
Terrorçular tərəfindən yaralanan 16 nəfərin vəziyyəti ağırdır
Tarix: 23-03-2024 13:45 | Bölmə: Karusel

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, "Crocus City Hall"da törədilən terror aktı nəticəsində yaralanan 16 nəfərin vəziyyəti son dərəcə ağırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nazirin açıqlamasına görə, hazırda 4-ü uşaq olmaqla 107 zərərçəkənə tibbi yardım göstərilir. Biri uşaq olmaqla 16 qurbanın vəziyyəti son dərəcə ağırdır.
44 nəfərin vəziyyəti ağırdır, onlardan 2-si uşaqdır.
Bundan əvvəl FSB əməkdaşları "Crocus City Hall"da atəş açmağa başlayan terrorçuların saxlanmasının təfərrüatlarını açıqlamışdı. Onlar Ukrayna ilə sərhəddə saxlanılıblar.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər