Bütün xəbərlər
Dani Alves həbsdən çıxmaq üçün kredit götürəcək
Tarix: 22-03-2024 16:36 | Bölmə: Karusel

Zorlamada ittiham olunan braziliyalı futbolçu Dani Alves cümə günü azadlığa buraxıla bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla belə, Alves bir milyon avroluq girov ödəməlidir.
Bir gün əvvəl Barselona məhkəməsi Dani Alveşi girov müqabilində azadlığa buraxmağa razılıq verib. Amma braziliyalı pul çatışmazlığı problemi ilə üzləşib.
Dani Alveşin bank hesabları bloklanıb. Dostları və tanışları, o cümlədən Neymar Sr, təqsirləndirilən şəxsə tələb olunan məbləği borc verməkdən imtina ediblər. Bu yaxınlarda Dani vergi müfəttişliyinə qarşı məhkəmədə qalib gəlib və ona külli miqdarda pul qaytarmalıdırlar. Lakin bu, müəyyən müddətdən sonra baş verəcək və braziliyalıya indi pul lazımdır.
Bir gün əvvəl futbolçunun vəkilləri kredit almaq üçün bəzi banklarla əlaqə saxlasalar da, reputasiya riskləri səbəbindən bundan imtina ediblər. İspaniyanın "La Vanguardia" nəşri xəbər verir ki, sonda banklardan biri keçmiş oyunçunu kreditlə təmin etməyə razılaşıb. Cümə axşamına qədər pul Daniyə çatarsa, o, martın 22-də sərbəst buraxıla bilər.


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər