Bütün xəbərlər
BOK: Parisdəki Olimpia oyunlarında maksimum 55 rusiyalı yarışacaq
Tarix: 19-03-2024 22:09 | Bölmə: Karusel

Parisdə keçiriləcək Olimpiya Oyunlarında 55-dən çox Rusiya idmançısı iştirak edə bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
BOK-un məlumatına görə, hazırda 12 Rusiya təmsilçisi 2024-cü il Olimpiadasına vəsiqə qazanıb.
O da məlum olub ki, yarışın medal hesabında Rusiya idmançılarının adı çəkilməyəcək.
Yada salaq ki, Beynəlxalq Olimpiya Komitəsi ruslara və belaruslara Parisdə keçiriləcək Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər