Bütün xəbərlər
Cənubi Koreyanın müdafiə naziri Kiyevin Buça hadisələri ilə bağlı versiyasına şübhə ilə yanaşıb
Tarix: 18-03-2024 23:36 | Bölmə: Karusel

Ukraynanın Buça şəhərində mülki əhalinin rus hərbçiləri tərəfindən öldürülməsi faktı etibarlı şəkildə sübuta yetirilməyib, Cənubi Koreyanın müdafiə naziri Şin Vok Sin bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna görə də hərbi idarənin rəisi bu hadisələri qiymətləndirməkdən imtina edib, RİA Novosti yazır.
Xatırladaq ki, Ukrayna bundan əvvəl Kiyev vilayətində dinc əhalinin ölümündə Rusiya hərbçilərinin əli olduğunu bildirmişdi. Rusiya Müdafiə Nazirliyi bu ittihamları rədd edib.
2024-cü ilin yanvarında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etdiyinə görə, bir il yarımdır ki, Kiyev rejimi Buçada həlak olanların adlarını açıqlamayıb.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi iddia edilən qətliam qurbanlarının siyahısını təqdim etmək xahişi ilə BMT-yə müraciət edib. Təşkilat Moskvadan sorğu aldığını təsdiqləsə də, hələlik heç bir məlumat verməyib.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər