Bütün xəbərlər
DPA: Aİ israilli köçkünlərə qarşı ilk sanksiyaları tətbiq etməyi planlaşdırır
Tarix: 18-03-2024 22:52 | Bölmə: Karusel

Avropa İttifaqı ilk dəfə olaraq İordan çayının qərb sahilində radikal israilli məskunlaşanlara qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Diplomatik mənbələrin Almaniya agentliyinə verdiyi məlumata görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə müvafiq məhdudiyyətlərin tətbiqi planları barədə razılığa gəliblər.
Daha sonra bu məlumatı Avropa diplomatiyasının rəhbəri Xosep Borrell də təsdiqləyib.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər