Bütün xəbərlər
“Spartak” özünü “Qalatasaray”ın futbolçusu Aktürkoğlu ilə gücləndirə bilər
Tarix: 18-03-2024 22:48 | Bölmə: Karusel

"Qalatasaray"ın hücumameyilli yarımmüdafiəçisi Kerem Aktürkoğlu Rusiyaya keçə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Spartak" maraqlanmağa başlayıb.
“Fotospor”un məlumatına görə, “qırmızı-ağlar” artıq Türkiyə klubuna rəsmi təklif də edib. Moskvalılar Aktürkoğlunu Quincy Promes-in əvəzləyicisi kimi görürlər.
Həmçinin bildirilir ki, “Spartak” Kərəmə bir neçə dəfə hazırkı müqavilənin maliyyə şərtlərini aşan şəxsi müqavilə təklif edib.
Bu mövsüm "Qalatasaray"ın cinah oyunçusu Türkiyə yığmasında 45 oyun keçirib, 14 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aktürkoğlunun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Onun bazar dəyəri 17 milyon avro qiymətləndirilir.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər