Bütün xəbərlər
FİFA rəhbəri Türkiyədə futbolçulara edilən hücumla bağlı açıqlama verib
Tarix: 18-03-2024 14:10 | Bölmə: Karusel
FİFA rəhbəri Türkiyədə futbolçulara edilən hücumla bağlı açıqlama verib


Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Türkiyə çempionatı matçından sonra azarkeşlərin futbolçulara hücumuna münasibət bildirərkən rəsmi açıqlama verib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə "Trabzonspor" - "Fənərbaxça" oyunundan (2:3) dərhal sonra baş verib. Meydan sahiblərinin azarkeşləri tribunadan qazona enərək mərkəz dairədə qələbəni qeyd edən qonaq komandanın idmançılarına hücum ediblər.
İnfantino sosial mediada yazıb: "Futbolda hər bir idmançı təhlükəsiz oynamalı və dünyada bir çox insana sevinc bəxş etməlidir".
FİFA rəhbəri onu da bildirib ki, bu cür davranış istər idmanda, istərsə də cəmiyyətdə yolverilməzdir. Bundan əlavə, İnfantino Türkiyə hakimiyyətini hadisəyə görə məsuliyyət daşıyanları əməllərinə görə məsuliyyətə cəlb etməyə çağırıb.


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər