Bütün xəbərlər
“Mançester Yunayted” “Liverpul”u İngiltərə kubokundan kənarlaşdırıb
Tarix: 17-03-2024 23:39 | Bölmə: Karusel

"Mançester Yunayted"in futbolçuları İngiltərə kubokunun yarımfinalçısı olublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1/4 final matçında meydan sahibləri "Liverpul"a 4:3 hesabı ilə qalib gəlib.
Matçın əsas vaxtı qalibi müəyyən etməyə kifayət etməyib. İki hissədən sonra hesab bərabərləşib – 2:2. Qonaqların qollarını Aleksis Makallister (44-cü dəqiqə) və Məhəmməd Salah (45+2) vurub. “Qırmızı şeytanlar”ın qollarını Skott MakTominay (10-cu) və Entoni (87-ci) vurub.
Əlavə vaxtda Harvi Elliottun qoluna (105-ci) meydan sahibləri Markus Reşford (112) və Amad Diallonun (120+1) dəqiq zərbələri ilə cavab verib.
Bundan əvvəl İngiltərə Kubokunun yarımfinalına "Mançester Siti", "Çelsi" və "Koventri" çıxıb. Yarımfinal cütlərinin püşkatma mərasimi daha sonra keçiriləcək.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər