22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
FA Kubokunun yarımfinal cütlükləri açıqlanıb
Tarix: 17-03-2024 23:11 | Bölmə: Karusel

İngiltərə kubokunun yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, turnirin finalına çıxmaq üçün “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Koventri” mübarizə aparacaq.
Martın 17-də keçirilən püşkatmanın nəticələrinə görə yarımfinal cütləri məlum olub. “Mançester Siti” “Çelsi” ilə, “Mançester Yunayted” isə “Koventri” ilə qarşılaşacaq.
2024-cü il İngiltərə Kubokunun yarımfinal oyunları aprelin 20-də və 21-də keçiriləcək. Hər iki qarşılaşma neytral "Uembli" stadionunda keçiriləcək.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər