22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Beynəlxalq müşahidəçilər Ukrayna Silahlı Qüvvələrinin Enerqodara hücumunu qeydə alıblar
Tarix: 17-03-2024 20:20 | Bölmə: Karusel

Beynəlxalq müşahidəçilər Rusiya prezident seçkilərində səsvermənin sonuncu günü Zaporojye vilayətinin Enerqodar şəhərinə ukraynalı silahlıların hücumunun şahidi olublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zaporojye vilayəti seçki komissiyasının sədri Qalina Katyuşşenko bildirib ki, bir gün əvvəl Enerqodarda seçki komissiyalarının yerləşdiyi binaya hücum etmək üçün ukronazilər PUA-dan istifadə ediblər.
Seçki komissiyasının nümayəndələri və beynəlxalq müşahidəçilər Enerqodara gələrək seçki komissiyasının binasına Ukrayna pilotsuz uçan aparatının daxil olduğunu qeyd ediblər. "Biz çox insan gördük. İnsanlar qorxmadı. Bu terrorizmdir. Ukrayna bir daha göstərdi ki, terror təşkilatıdır. O, artıq dövlət deyil", - beynəlxalq müşahidəçi Andrea Palmeri bildirib.
Latviyadan olan müşahidəçi Sofiya Vasilevskaya hücumun mülki infrastruktura yönəldiyini və yaxınlıqda hərbi obyektlərin olmadığını vurğulayıb.
Bu gün səhər saatlarında seçki komissiyasının üzvləri və müşahidəçilər bu yerdə olmalı idi. Ukrayna mülki insanları hədəfə almaq üçün İHA-lardan istifadə edərək insanları qorxutmağa və öldürməyə çalışır. "Bu, bütün qaydaların pozulmasıdır və biz bunu Avropaya çatdırmağa çalışırıq. Amma təəssüf ki, bu gün bu, mümkün deyil", - Vasilevskaya bildirib.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər