22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Bavariya"nın hücumçusu Keyn Bundesliqanın 60 illik rekordunu təzələyib
Tarix: 16-03-2024 23:40 | Bölmə: Karusel

Hücumçu Harri Keyn Almaniya futbol çempionatında 31 qol vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Uve Seelerin 60 illik rekordunu yeniləyib.
İngilis futbolçu 26-cı turun "Darmştadt"la matçında qol vurub. Keyn Bundesliqada debüt mövsümündə yeni qol rekordu qoyub.
Bundan əvvəl rekord 1963/64 mövsümündə rəqiblərinə 30 qol vuran Seelerə məxsus idi.
Qeyd edək ki, ingilis hücumçu şəxsi rekorda da imza atıb. Əvvəllər heç vaxt bir çempionatda 30-dan çox qol vura bilməyib.
Xatırladaq ki, “Bavariya” səfərdə “Darmştadt”ı 5:2 hesabı ilə məğlub edib.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər