22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Bavariya" "Darmştadt"ın qapısına 5 qol vurub
Tarix: 16-03-2024 21:40 | Bölmə: Karusel

"Bavariya" səfərdə "Darmştadt"ı darmadağın edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbol üzrə Almaniya çempionatının 26-cı turunun oyunu 5:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qaliblər arasında Camal Musiala (36 və 64-cü dəqiqə), Harri Keyn (45+1), Serj Qnar (74) və Methis Tell (90+3) yer alıb. Meydan sahiblərinin qollarını Tim Skarke (28-ci) və Oskar Vilhelmsson (90+5) vurub.
Keynin artıq 31 liqa qolu var. İngilis forvard debüt mövsümündə vurulan qolların sayına görə Bundesliqa rekordunu yeniləyib.
60 xalı olan "Bavariya" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Darmstadt" 13 xalla 18-ci yerdədir.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər