22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"De Telegraaf": Promes ekstradisiya üçün həbsxanada saxlanmır
Tarix: 15-03-2024 22:42 | Bölmə: Karusel

Hollandiya "Spartak"ının hücumçusu Quincy Promes-in hazırda harada olduğu məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həbsdədir, lakin ekstradisiyanı gözləyən həbsxanada deyil.
Bu barədə Hollandiyanın “De Telegraaf” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Promes ekstradisiyanı gözləyənlər üçün bölmə olan Əl-Avir həbsxanasında deyil, hava limanı yaxınlığındakı polis qərargahında saxlanılır.
Xatırladaq ki, bir gün əvvəl Promes Hollandiya prokurorluğunun tələbi ilə Əmirlik polisi tərəfindən saxlanılmışdı. Vətənində narkotik qaçaqmalçılığında iştirak etdiyinə və münaqişə zamanı əmisi oğlunu bıçaqlamasına görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
O, Dubayda “Spartak”la təlim-məşq toplanışında idi. Lakin sərhəddə onun ölkəni tərk etməsinə icazə verilməyib.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər