22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Belarus Litvadan bir sıra malların idxalını və satışını qadağan edib
Tarix: 14-03-2024 23:15 | Bölmə: Karusel


Belarus Litvadan bir sıra malların idxalını və satışını qadağan edib.
Qadağan olunmuş malların siyahısına su, pivə, fermentləşdirilmiş içkilər, təkərlər və işlənmiş avtomobil hissələri daxildir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2021-ci ildə təsdiq edilən siyahıya süd, qəhvə, koltuqlar, soyuducu və dondurucular da daxil edilməklə genişləndirilib. Mətbuat xidmətinin Telegram kanalında yaydığı məlumatda deyilir ki, müvafiq sərəncamı Belarusun baş naziri Roman Qolovçenko imzalayıb.
Qadağanın tətbiqi Litvanın Belarus-Litva sərhədindəki iki sərhəd keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini dayandırmaq qərarına cavabdır.
Belarus Xarici İşlər Nazirliyi Latviya və Litva hakimiyyətini öz xalqlarının maraqlarını nəzərə alan daha balanslaşdırılmış siyasət yürütməyə çağırıb.
Litva 2024-cü il martın 1-dən Lavorişkes və Raigardasda iki yol sərhəd keçidini bağlayıb. Birinci keçid məntəqəsi vasitəsilə nəqliyyat Polotska, ikincisi vasitəsilə Qrodnoya gedir. Keçidlər nəqliyyat vasitələri, eləcə də piyadalar və velosipedçilər üçün bağlıdır.
2023-cü ilin yayında Litva artıq Tveryaçyus və Şumskasdakı sərhəd məntəqələrini bağlayıb. Hazırda yalnız iki sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir - Medininkay və Şalçininkay. Lakin onlara velosipedçilərin və piyadaların keçməsi qadağandır.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər