22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Odessa "Çernomorets"in çalışdırıcısı Ukraynaya qayıtmayıb
Tarix: 14-03-2024 15:04 | Bölmə: Karusel

Odessa "Çernomorets"i Antalyadan fiziki hazırlıq üzrə məşqçisiz qayıdıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İqor Kasyanenko komandanı gizli tərk edib.
Hələlik İqor Kasyanenkonun harada olduğu məlum deyil. Məşqçinin ailəsinin artıq yerləşdiyi ABŞ-a getməsi mümkündür.
"Çernomorets" Türkiyədən Kişinyov vasitəsilə Ukraynaya qayıtmağı planlaşdırırdı. İqor Kasyanenko üçün bilet alınıb. Ancaq o, təyyarədə görünmədi və bir daha əlaqə qurmadı. "Çempionat.com" xəbər verir ki, “Çernomorets” Kasyanenkonu məşqçilik lisenziyasından məhrum etmək niyyətindədir.
Kasyanenko ilə bağlı hadisə Ukrayna futbolunda ilk deyil. Ötən il gənc hücumçu Aleksandr Rosputko “Şaxtyor”un gənclərdən ibarət komandasını tərk edərək Rusiyaya köçüb.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər